Müsavat başqanının müşaviri: «Bəzi AXCP funksionerləri İsa Qəmbəri siyasi proseslərdən kənarda qoymaq iddiasındadırlar»

Müsavat başqanının müşaviri: «Bəzi AXCP funksionerləri İsa Qəmbəri siyasi proseslərdən kənarda qoymaq iddiasındadırlar»
# 06 yanvar 2014 11:20 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.

Qeyd edək ki, Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arasında keçirilən görüşdə yenidən AXCP sədri Əli Kərimli iki partiyanın bir partiyada birləşməsini məqbul sayıb.

S.Əlisoy isə bildirib ki, bəzi AXCP funksionerləri birləşmə təklifini Müsavat başqanı İsa Qəmbərə qarşı yönəldirlər: «AXCP son qurultayında da Müsavat Partiyası ilə birləşməyi birmənalı şəkildə ortaya qoydu. Burada söhbət təkcə birləşməkdən getmir. AXCP-nin bəzi funksionerləri bu birləşməni Müsavat başqanına qarşı yönəltmək istəyirlər. Yəni, Müsavat başqanı İsa Qəmbər iki dönəm başqan seçilə bilmədiyinə görə, birləşmiş partiyanın lideri Əli Kərimlinin olması istiqamətində səy göstərirlər. Onlar Müsavat başqanını siyasi proseslərdən kənarda qoymaq iddiasındadırlar. Bu, böyük bir səhvdir. Təbii ki, bu da Müsavat Partiyasında narazılıq yaradıb».

S.Əlisoy bildirib ki, hazırda Müsavat və AXCP arasında gərginliyin artmasında bəzi funksionerlər katalizator rolunu oynayırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR