Araz Əlizadə: “Milli Şura adında qurum artıq mövcud deyil”

Araz Əlizadə: “Milli Şura adında qurum artıq mövcud deyil”
# 07 fevral 2014 09:32 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Milli Şura yarananda demişdim ki, bu qurum ölü doğulmuş uşaqdır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

A. Əlizadə qeyd edib ki, Milli Şurada təmsil olunanlar müxalifət qüvvələri deyil.

O, Milli Şura adlı qurumun artıq mövcud olmadığını vurğulayıb: “Onların birliyi yox idi ki, davam etsin. Bir ölü hansı prosesləri keçirsə, onlar da o prosesləri keçəcəklər. Yerə tapşırma, çürümə, məhv olma və getmə...”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR