Bakıda piyadanın ölümü ilə nəticələnən daha bir yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən daha bir yol qəzası baş verib
# 30 oktyabr 2013 08:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nərimanov rayonu Ağaoğlu küçəsində qeydə alınıb. Bakı şəhər sakini Əhməd Ağayev idarə etdiyi «BMW X5» markalı avtomobillə Qubadlı rayon sakini Nuranə Qurbanovanı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR