Nelson Mandelanın dəfn tarixi açıqlanıb

Nelson Mandelanın dəfn tarixi açıqlanıb
# 06 dekabr 2013 15:45 (UTC +04:00)

Bakı - APA. Cənubi Afrika Respublikasının sabiq prezidenti, əfsanəvi lider Nelson Mandelanın dəfn olunacağı tarix dəqiqləşib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, CAR prezidenti Ceykob Zuma N. Mandelanın dekabrın 15-də doğulduğu Kunu kəndində dəfn ediləcəyini açıqlayıb.

Dəfn gününə qədər ölkədə milli matəm elan olunub. Dekabrın 11-dən 13-nə qədər paytaxt Pretoriyada, hökumət binasında vida mərasimi keçiriləcək. Dəfnlə bağlı təşkil olunacaq rəsmi mərasimdən sonra cənazə Kunu kəndinə göndəriləcək.

Xatırladaq ki, N. Mandela dekabrın 5-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR