Gəncədə uşaq bağçasında yanğın olub

Gəncədə uşaq bağçasında yanğın olub
# 08 fevral 2014 11:21 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərindəki uşaq bağçasında yanğın baş verib. Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, yanğın hadisəsi bu gün saat 13.00 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən 44 saylı uşaq bağçasında baş verib. Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb edilib və tez bir zamanda alov söndürülüb.

Yanğın zamanı ikimərtəbəli binanın birinci mərtəbəsinin 6 kvadratmetr döşəməsi yanaraq yararsız hala düşüb. Binanın qalan hissəsi alovdan xilas edilib.

İlkin ehtimala görə, yanğına qaz sobasının gecədən yanılı vəziyyətdə qalması səbəb olub. Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR