Məhkəmə Qurban Məmmədov barəsində həbs qətimkan tədbirini dəyişdirməyib

 Məhkəmə Qurban Məmmədov barəsində həbs qətimkan tədbirini dəyişdirməyib
# 05 noyabr 2013 15:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan vəkil Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, prosesdə şahid Xanlar Bayramov ifadə verib. F. Mehdiyevin sözlərinə görə, ifadədə ziddiyyətli məqamlar olduğu üçün onları dəqiqləşdirmək lazım gəlib. Ona görə də ifadə növbəti prosesdə davam etdiriləcək.

Daha sonra müdafiə tərəfinin Q.Məmmədovun barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətinə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

Proses noyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sonradan istintaq orqanı tərəfindən Q. Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR