Rusiyanın Krasnoyarsk vilayətində təyyarə qəzaya uğrayıb: 2 nəfər ölüb

Rusiyanın Krasnoyarsk vilayətində təyyarə qəzaya uğrayıb: 2 nəfər ölüb
# 26 oktyabr 2013 21:09 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Krasnoyarsk vilayətinin Tayojnıy qəsəbəsində “An-2” tipli özəl təyyarə qəzaya uğrayıb. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 2 nəfər ekipaj üzvü ölüb, 2 sərnişin yaralanıb. Təyyarənin göyərtəsində cəmi 4 nəfər olub.

İlkin versiyaya görə, qəzaya səbəb mühərrikin nasazlığı olub.

Yerə çırpıldıqdan sonra təyyarə tamamilə yanıb.

Hadisə yerində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR