Liftdə qalmış Bakı sakini xilas edilib

Liftdə qalmış Bakı sakini xilas edilib
# 29 oktyabr 2013 04:29 (UTC +04:00)

Bakı-APA. Bakının Binəqədi rayonunda 9 mərtəbəli yaşayış binasının liftində bir nəfər köməksiz vəziyyətdə qalıv. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən liftin texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayandığı üzə çıxıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə endirib, qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR