"Yeni Müsavat" qəzeti sabahdan çapını dayandırır

"Yeni Müsavat" qəzeti sabahdan çapını dayandırır
# 08 noyabr 2013 12:34 (UTC +04:00)

Məlumata görə, qəzetin çapını bir neçə günlüyə dayandırmasına səbəb satışa yaradılmış maneələr və bununla əlaqədar yaranmış maliyyə böhranıdır: “Qəzet həftədə yeddi gün, bayram və tətil günlərində də həmişə çap olunub. İndi isə maliyyə böhranı yaşanıb və qarşıdakı günlərdə qəzetin çap olunmayacaq”.

Noyabrın 10-da 24 yaşını qeyd edəcək "Yeni Müsavat"ın rəhbərliyi bu addımının zərurət üzündən atıldığını bəyan edib: “Bununla ölkə vətəndaşlarının, hakimiyyətin, beynəlxalq ictimaiyyətin diqqətini yaranmış problemin ciddiliyinə cəlb etmək istəyirik”.

"Yeni Müsavat"ın çap versiyasının nə vaxt bərpa olunacağı barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR