İranda ingilis casusu həbs edilib

İranda ingilis casusu həbs edilib
# 14 dekabr 2013 11:00 (UTC +04:00)

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, casusun Böyük Britaniyanın Mİ6 kəşfiyyat orqanının əməkdaşı olduğu və bir neçə aylıq əməliyyat-axtarış tədbirləri nəticəsində ifşa edilərək tutulduğu bildirilir. Onun ad və soyadı açıqlanmayıb.

Həbsə alınan şəxsin ölkə daxilində və xaricindəki ingilis zabitləri ilə əlaqə qurduğu və hər bir görüşdə İranın maraqlarına zidd olan bəzi strateji məlumatları kəşfiyyat xidmətinə ötürdüyü qeyd olunur.

Onun əsasən 4 kəşfiyyat zabiti ilə əlaqə qurduğu bildirilir.

İstintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR