Obama Ukrayna ilə bağlı bəyanatla çıxış edib

Obama Ukrayna ilə bağlı bəyanatla çıxış edib
# 28 fevral 2014 23:49 (UTC +04:00)

Bakı – APA. ABŞ prezidenti Barak Obama Ukraynadakı vəziyyətlə bağlı bəyanatla çıxış edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, Obama Ukrayna xalqının öz müqəddəratını təyin etmək və gələcək taleyini müəyyənləşdirmək hüququna malik olduğunu qeyd edib.

Obama bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin ilə Ukraynadakı vəziyyəti müzakirə etdiyini deyib. Həmçinin, ABŞ prezidenti Krımdan gələn məlumatlardan qayğılandığını bildirib.

Onun sözlərinə görə, xarici qüvvələr Ukraynanın suverenliyi və ərazi bütövlüyünə toxunmamalıdırlar. Obama bunun beynəlxalq hüquq normalarına zidd olduğunu vurğulayıb: “ABŞ beynəlxalq ictimaiyyətlə bilikdə bir daha təsdiqləyir ki, Ukraynaya hərbi təcavüzə görə hesab vermək lazım gələcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR