Dow Jones indeksi 0,7%, S&P 500 indeksi 0,8%, Nasdaq indeksi 0,9% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 indeksi 0,8%, Nasdaq indeksi 0,9% yüksəlib
# 05 fevral 2014 06:35 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 15 445 bəndədək, S&P 500 0,8% - 1 755 bəndədək, Nasdaq 0,9% - 4 032 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsi makroiqtisadi xəbərlər fonunda baş verib. Belə ki, dekabr ayında sənaye sifarişlərinin həcmi noyabra nisbətən 1,5% azalıb, lakin bu azalma proqnozdan 0,2 faiz bəndi aşağı olub. Bundan əlavə, Konqresin Büdcə Komitəsi 2013-2014-cü maliyyə ili üçün federal büdcənin kəsiri üzrə proqnozunu yeniləyib. Yenilənmiş proqnoza görə, büdcə kəsiri 514 mlrd. dollar səviyyəsində olmalıdır ki, bu da 2012-2013-cü maliyyə ilinə nisbətən 24% azdır. Eyni zamanda, kəsirin ÜDM-ə nisbəti üzrə də proqnoz 3,4%-dən 3%-ə qədər yaxşılaşıb.

Avropa fond bazarlarında fevralın 4-də FTSE 100 indeksi 0,3% - 6 449 bəndədək, Almaniya DAX-ı 0,6% - 9 128 bəndədək enib, Fransa CAC-40-ı isə 0,2% - 4 118 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 253,90 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3510 dollar (+0,02%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR