Belarus nümayəndə heyəti Azərbaycan penitensiar sistemində vərəmlə mübarizə təcrübəsini öyrənir

 Belarus nümayəndə heyəti Azərbaycan penitensiar sistemində vərəmlə mübarizə təcrübəsini öyrənir
# 26 noyabr 2013 13:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Belarus Daxili İşlər Nazirliyinin Cəzaların İcrası Departamentinin rəis müavini Pavel Şakolonun rəhbərlik etdiyi nümayəndə heyəti penitensiar sistemdə vərəmlə mübarizədə ölkəmizin təcrübəsini öyrənmək məqsədilə Azərbaycana işgüzar səfərə gəlib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Pavel Şakolonun rəhbərlik etdiyi nümayəndə heyəti Penitensiar xidmətdə qəbul olunub. Görüşdə Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Azərbaycan ədliyyəsi və onun penitensiar sisteminin tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verib.

Pavel Şakolo isə penitensiar sistemdə vərəmə nəzarət sahəsində Azərbaycanın təcrübəsi ilə tanışlığın Belorus nümayəndələri üçün səmərə verəcəyini bildirib.

Görüş zamanı nümayəndə heyəti üzvlərinin Penitensiar xidmətin fəaliyyəti, səhiyyə xidmətinin təşkili, habelə cəzanın icrası və çəkilməsi qaydaları ilə bağlı çoxsaylı sualları cavablandırılıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR