Vyana-Bakı aviareysi təxirə salınıb

Vyana-Bakı aviareysi təxirə salınıb
# 27 fevral 2014 13:22 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün «Avstriya Hava Yolları» aviaşirkətinə məxsus Vyana-Bakı istiqamətində «OS 643B» nömrəli aviareys təxirə salınıb. Saat 16:55-də Bakıya gəlməsi gözlənilən aviareys qrafik cədvəlinə uyğun hərəkət etməyib. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Hava Limanından məlumat verilib.

Məlumata görə, aviareys «Avstriya Hava Yolları» tərəfindən təxirə salınıb və səbəbi məlum deyil. Bu səbəbdən əks istiqamətdə növbəti reys gələn həftənin bazar ertəsi, saat 17:55-də yerinə yetiriləcək.

Qeyd edək ki, Bakı-Vyana aviareysi həftənin II və IV günləri saat 17:55-də həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR