“ABB-Moskva” Rusiyanın dövlət satınalmalarının bank-qarant reyestrinə daxil olub

“ABB-Moskva” Rusiyanın dövlət satınalmalarının bank-qarant reyestrinə daxil olub
# 11 aprel 2014 10:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı olan “ABB-Moskva” bankı Rusiyanın dövlət və bələdiyyə satınalmalarının təminatı üzrə bank-qarantların vahid reyestrinə daxil olub.

“ABB-Moskva” bankından “APA-Economics”ə verilən məlumata görə, Rusiya Federal Xəzinədarlığının Regionlararası Əməliyyat İdarəsinin qərarına əsasən, “ABB-Moskva” dövlət və bələdiyyə ehtiyaclarının təminatı üçün əmtəənin, işlərin, xidmətlərin satınalmaları sahəsində müqavilə sisteminin tamhüquqlu iştirakçısı statusu alıb, dövlət və bələdiyyə öhdəçiliklərinin icrasının təminatında bank zəmanəti vermək hüququ qazanıb.

Qeyd edək ki, bank zəmanəti dövlət və bələdiyyə müqavilələrinin həyata keçirilməsinin təminatında geniş yayılmış üsullardan biridir. Bank bu sənədi verməklə tender iştirakçılarının və qaliblərinin dövlət müqavilələrinin icrası zamanı baş verə bilən mümkün maliyyə risklərini öz üzərinə götürür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR