Suriya münaqişəsində 26 minə yaxın silahlı iştirak edir

Suriya münaqişəsində 26 minə yaxın silahlı iştirak edir
# 29 yanvar 2014 17:41 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Milli Kəşfiyyat Xidmətinin başçısı Ceyms Klepper Senatda çıxış edərkən bildirib.

“Suriyada 1 600 müxtəlif qrup döyüşlərdə iştirak edir. Silahlıların ümumi sayı 75 mindən 110 minə çatır. Onlardan 26 minini biz ekstremist hesab edirik. Hesablamalarımıza görə, Suriyada təxminən 50 ölkədən gələn 7 minədək döyüşçü var”, - deyə Klepper bildirib.

Xatırladaq ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ildə başlayıb. BMT-nin məlumatına görə, bu günədək 100 min çox insan silahlı münaqişənin qurbanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR