Bakıda quldurluq edən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda quldurluq edən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib
# 29 iyul 2013 16:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı quldurluq etməkdə təqsirləndirilən Balaqardaş Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, B.Qədimov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, B.Əhmədov Bakıda vətəndaşları odlu silahla hədələyərək onların pullarını və qızıl zinətlərini alıb.

O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR