Dağıstanda daha bir avtomobil gülləbaran edilib: bir polis ölüb, bir hərbçi isə ağır yaralanıb

Dağıstanda daha bir avtomobil gülləbaran edilib: bir polis ölüb, bir hərbçi isə ağır yaralanıb
# 22 may 2013 01:21 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Buynaksk şəhərinin mərkəzi küçələrinin birində naməlum şəxslər avtomobili gülləbaran edib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində bir polis əməkdaşı həlak olub, Müdafiə nazirliyinin hərbçisi isə ağır yaralanıb.

Hadisə yerli vaxtla 22.10 (Bakı vaxtı ilə 23.10) radələrində baş verib.

Hücum edən şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR