Boliviyada avtobus dərəyə düşüb, 14 nəfər ölüb, 25 nəfər yaralanıb

Boliviyada avtobus dərəyə düşüb, 14 nəfər ölüb, 25 nəfər yaralanıb
# 16 avqust 2013 21:04 (UTC +04:00)

Bakı-APA. Boliviyada avtobusun dərəyə düşməsi nəticəsində 14 nəfər ölüb, 25-dən çox adam yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Latın Amerikası kütləvi informasiya vasitələri xəbər yayıb.

Qəza səhər saatlarında Falda-la-Kenyua rayonunda baş verib. Yaralanan sərnişinlər xəstəxanalara yerləşdirilib. Hadisə şahidlərinin sözlərinə görə, avtobusun sürücüsü sükan arxasında yuxuya gedib, nəticədə avtobus yaxınlıqdakı ekskavatorla toqquşub. Zərbədən nəqliyyat vasitəsi dərinliyi 50 metr olan dərəyə yuvarlanıb.

Polis hadisə yerini müasirəyə alıb, ölənlərin cəsədlərinin axtarışı davam edir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR