Səfir: “İranla Rusiya arasında “Anti-2500” hava hücumundan müdafiə sistemi ilə bağlı heç bir razılaşma əldə edilməyib”

Səfir: “İranla Rusiya arasında “Anti-2500” hava hücumundan müdafiə sistemi ilə bağlı heç bir razılaşma əldə edilməyib”
# 01 avqust 2013 08:57 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla Rusiya arasında “Anti-2500” hava hücumundan müdafiə sistemi ilə bağlı heç bir razılaşma əldə edilməyib”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Mahmudrza Səccadi bildirib.

Onun sözlərinə görə, rəsmi Kreml Tehrana iki ölkə arasında bağlanmış müqaviləyə uyğun olaraq təhvil verməli olduğu “S-300” hava hücumundan müdafiə sistemi əvəzinə, “Anti-2500” hava hücumundan müdafiə sistemi təklif etməyib: “İran belə bir şeyi qəti şəkildə qəbul etməyəcək və bununla bağlı hansısa görüş də keçirməyəcək”.

Qeyd edək ki, İranın hava məkanının müdafiəsi üçün satılması nəzərdə tutulmuş “S-300” hava hücumundan müdafiə sistemi 2007-ci ildə iki ölkə arasında imzalanmış müqaviləyə əsasən Tehrana verilməli idi. Ancaq rəsmi Moskva 2010-cu ildə bu sistemi İrana təslim etməkdən boyun qaçırıb. Bu səbəbdən İran müqaviləni birtərəfli qaydada pozduğuna görə Rusiyanın “Rosoboroneksport” şirkətini beynəlxalq məhkəməyə verərək 4 milyard dollar təzminat ödənilməsini istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR