İqtisadi inkişaf naziri Göyçayda vətəndaşları qəbul edib - VİDEO

İqtisadi inkişaf naziri Göyçayda vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 12 oktyabr 2013 12:41 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. İqtisadi inkişaf naziri Şahin Mustafayev oktyabrın 12-də Göyçay şəhərində Ağdaş, Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib. APA-nın məlumatına görə nazir qəbul zamanı vətəndaşların müraciətlərini və təkliflərini dinləyib, qaldırılan məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri operativ olaraq yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbula gələn vətəndaşların müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, sosial, işədüzəlmə və digər məsələlər barədə olub. Qəbulda olan sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb, onların təklifləri dinlənilib, istixana təsərrüfatlarının yaradılması, quşçuluq, heyvandarlıq, emal, kiçik istehsal və xidmət sahələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbulda 50-dən artıq vətəndaş iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR