Kiyevdə Yanukoviç və Eşton arasında görüş keçirilir

Kiyevdə Yanukoviç və Eşton arasında görüş keçirilir
# 10 dekabr 2013 17:19 (UTC +04:00)

Bakı-APA. Kiyevdə Avropa Birliyi diplomatiyasının rəhbəri Ketrin Eşton və Ukrayna prezidenti Viktor Yanukoviç arasında görüş keçirilir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı öz Twitter səhifəsində Ketrin Eştonun rəsmi nümayəndəsi Maya Kosyançiç dərc edib.

“Eşton hazırda Ukrayna prezidenti Viktor Yanukoviçlə görüş keçirir”, deyə Kosyançiç bildirib.

Qeyd edək ki, Ketrin Eştonun bu gün Kiyevə ikigünlük səfəri başlayıb. Ukraynadakı vəziyyətin siyasi yolla nizamlanması səfərin əsas məqsədlərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR