Tovuzda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - VİDEO

Tovuzda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 27 iyun 2014 21:00 (UTC +04:00)

Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə iyunun 27-də günorta saatlarında Tovuz-Böyük Qışlaq-Qaralar yolunun Pələngli kəndi ərazisində baş verib.

"VAZ 2107" və "Niva" markalı avtomobillərinin toqquşması nəticəsində 38 yaşlı Rafiq Quliyev, 28 yaşlı Altay Novruzov, 48 yaşlı Asəf Məmmədov və 13 yaşlı Aytac Məmmədova müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

"Niva" markalı avtomobilin sürücüsü Asəf Məmmədov bildirib ki, qəzaya səbəb "VAZ 2107" nin onun yoluna çıxması olub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR