Təhsil Nazirliyi: İşə qəbul olunan müəllimlər barədə dekabrın 10-dək rəsmi məlumatlar təqdim edilməlidir

Təhsil Nazirliyi: İşə qəbul olunan müəllimlər barədə dekabrın 10-dək rəsmi məlumatlar təqdim edilməlidir
# 05 dekabr 2013 08:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticəsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrdə qeyd olunur ki, 28 noyabr tarixdə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə keçirilmiş əlavə yerləşdirmənin nəticələri təsdiq edilir.

Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) və ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, 5 gün müddətində müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərin sənədlərini yoxlayıb, onlarla əmək müqavilələrinin bağlanmasını təmin etsinlər, həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) işə qəbul olunanlar üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsinlər, əmək fəaliyyətinə başlamaları ilə əlaqədar müraciət etdikləri problemlərin həll edilməsində onlara köməklik göstərsinlər, yeni işə qəbul edilmiş ibtidai və V-VI siniflərdə dərs deyəcək müəllimlərin fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarına cəlbini təmin etsinlər. Bundan əlavə, işə qəbul olunaraq pedaqoji fəaliyyətə başlayan müəllimlər barədə dekabrın 10-dək Təhsil Nazirliyinə rəsmi məlumat təqdim etsinlər.

Qeyd edək ki, 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplamış, lakin işə qəbul olunmamış müəllimlərə həmin vakant yerlərdən 22-26 noyabr 2013-cü il tarixlərində elektron seçim imkanı verilib. Bu mərhələdə 1257 nəfər iştirak edib. 26 noyabrda aparılmış əlavə yerləşdirmə nəticəsində 307 nəfər seçdiyi vakant yerə işə qəbul olunmaq hüququ qazanıb. 28 noyabr tarixdə onlarla müsahibə keçirilib və 165 nəfərin işə qəbul edilməsi barədə qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR