Binəqədi rayonunda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Binəqədi rayonunda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb
# 04 sentyabr 2013 08:22 (UTC +04:00)

Bakı – APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərinin Binəqədi rayonu üzrə sahibkarlıq subyektlərindən prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbuluna başlayıb.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, layihələr müasir ət kəsimi müəssisəsinin, habelə kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılmasını nəzərdə tutmalıdır.

Sahibkarlar qeyd olunan sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Artıq bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR