Avropa ölkələri bu gün alternativ olaraq yalnız Azərbaycan qazına güvənə bilər - ANALİTİKA

Avropa ölkələri bu gün alternativ olaraq yalnız Azərbaycan qazına güvənə bilər - <span style="color: red;">ANALİTİKA
# 06 iyun 2014 14:35 (UTC +04:00)

2013 ildə təbii qazın Ukrayna ərazisindən qərbi Avropaya daşınması bir il öncə ilə müqayisədə 3,2% - 86,1 mlrd. kubmetr artıb, bu isə olduqca böyük rəqəmdir. Rusiyanın “Qazprom” şirkətinin məlumatına görə, qazın ixracı 2013-cü ilin nəticələrinə görə 217,6 mlrd. kubmetr təşkil edib və bunun 161,5 mlrd. kubmetri Avropaya göndərilib. Beləliklə aydın olur ki, Rusiyanın Avropa ölkələrinə ixracatının yarıdan çox hissəsi Ukrayna ərazisindən həyata keçir.

Belə şəraitdə Avropa Birliyinin öz enerji təhlükəsizliyinə görə narahat olması başadüşüləndir. Avropa ölkələri qaz təchizatı mənbələrinin diversifikasiya etmək planları üzərində çoxdan işləyirlər. Amma müzakirələr debatlardan kənara çıxmırdı və buna nümunə kimi “Nabucco” layihəsinin icrasının daima uzanmasını göstərmək olar.

Bu gün Rusiya qazının yeganə alternativi Xəzər regionunun qazı ola bilər. Amma burada da hər şey göründüyü kimi hamar deyil. Azərbaycan hələ ki Avropa istiqamətində qaz ixracının təşkilində praktiki addımlar atan yeganə ölkə olaraq qalır.

“Şah-Dəniz” layihəsinin ikinci mərhələsinin yekun maliyyə qərarı 2013-cü ilin mühüm hadisələrindəndir. Bu hadisə həm Avropa, həm də Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Faktiki olaraq “Şah-Dəniz” layihəsinin ikinci mərhələsinin reallaşması digər strateji layihələrin də, o cümlədən Türkiyə ərazisində yerləşən “Trans-Anadolu” qaz boru kəməri (TANAP) və Yunanıstan və Albaniya ərazisindən İtaliyaya gedən “Trans-Adriatik” qaz boru kəmərlərin (TAP) həyata keçirilməsinə start verib. Beləliklə, Avropa enerji resurslarının alternativ idxalı marşrutunu, Azərbaycanı isə öz xammalı üçün yeni bazarlar qazanır.

Lakin, bu layihələrin nə dərəcədə Avropanın artan qaz tələbatını ödəyəcəyi ilə bağlı sualı yaranır. Müxtəlif hesablamalara görə, 2013-cü ildə Avropa ölkələrinə qaz istehlakı 451 mlrd. kubmetr təşkil edib və gələcəkdə bu rəqəmin artacağı gözlənilir. Rəsmi hesablamalara görə, məlumdur ki, “Şah-Dəniz” layihəsi çərçivəsində cəmi iki mərhələdə ümumi qaz hasilatı təxminən 25 mlrd. kubmetr təşkil edəcək. Buna baxmayaraq, Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, bu sahədə istehsalın pik nöqtəsinin 30-35 mlrd. kubmetrə çatacağı gözlənilir. Bu həcmin 10 mlrd. kubmetri Avropaya ixrac olunacaq.

Azərbaycan ekspertlərinin hesablamalarına görə, ölkədə təsdiq olunmuş qaz ehtiyatları 3 trln. kubmetr həcmindədir. Yalnız “Şah-Dəniz” layihəsində 1,2 trln. kubmetr qaz olduğu hesablanır. Bundan əlavə, “Abşeron”, “Ümid” yataqları işlənilir, “Babək”, “Zəfər-Məşəl”, “Şəfəq-Asiman”, “Naxçıvan” yataqları isə perspektivdə inkişaf etdiriləcək.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, 2025-ci ilədək ölkənin illik ixrac potensialı 40-50 mlrd. kubmetrə çatacaq. Bu xammalın əsas hissəsi Avropa bazarlarına gedəcək. Buna baxmayaraq, Azərbaycan Avropanın artan qaz tələblərində qaz idxalının diversifikasiyasını tam şəkildə təmin edə bilməz.

Eyni zamanda Avropa Rusiya tədarükündən asılılığı azaltmağa çalışır. Cənub qaz dəhlizinin yaradılması ideyası qazın təkcə Azərbaycandan deyil, Asiyanın digər ölkələrindən də, xüsusilə Türkmənistandan, ixracı məqsədini daşıyır. Azərbaycanı Xəzər regionundan Avropaya qaz nəqliyyat dəhlizinin yaradılmasında pioner adlandırmaq olar. Qazın digər ölkələrdən ixracında da Azərbaycan mühüm rol oynayır.

Rəsmi Bakı Cənub qaz dəhlizinin yaradılmasında lazım olan hər bir şeyi etdi. Burada siyasi iradə də əhəmiyyətli rol oynayıb. Bundan əlavə, bu layihənin həyata keçirilməsinə qoyulan 50 mlrd. dollarlıq sərmayə çox nəzərə çarpandır. Bura təkcə “Şah-Dəniz” layihəsi daxil deyil. Bu layihənin həyata keçirilməsinə paralel olaraq Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanı əhatə edəcək nəqliyyat infrastrukturu yaradılacaq. Məhz Azərbaycan Xəzərdən Avropaya qaz resurslarını təmin edən mərkəz ola bilər.

Avropa Komissiyasının nümayəndəsi Rusiya mətbuatına bildirib ki, AB liderləri bu yaxınlarda qaz təchizatı marşrutunu Azərbaycanda Cənub qaz dəhlizindən və xüsusilə onun son nöqtəsi olan İtaliyanın cənubundan bütöv qitəyə kimi uzadılacaq. Belə ki, 2014-2020-ci illər üçün İspaniya və Fransa arasında Xəzər qazına hesablanmış qaz kəmərlərinin tikintisi proqramı təsdiqlənib. Bununla bağlı 5,8 mlrd. avro həcmində xüsusi fond hesablanıb. Halbuki, Avropa Komissiyasını hesablamalarına görə, Azərbaycandan Avropaya qazın ixracını artıracaq və Türkmənistandan və İrandan xammal ixracını (sanksiyaların qaldırıldığı halda) yoluna qoyacaq.

İranla bağlı sanksiyaların qaldırılacağı halda, bu ölkə Avropaya qaz ixracına başlaya biləcək və heç bir tranzit çətinlikləri ilə qarşılaşmayacaq. Türkmənistana gəldikdə isə, burada müəyyən nüanslar mövcuddur.

Məlumdur ki, Türkmənistan qazının Azərbaycan ərazisindən daşınması ideyası çoxdan mövcuddur. Hələ 1996-cı ildə Holland şirkəti “Shell” Türkmən qazının Azərbaycan ərazisindən daşınması layihəsini hazırlamışdır. Ancaq o vaxtlar tərəflər razılaşa bilmədi.

Hal hazırda bu fikir AB-yə məxsusdur. Amma burada da müəyyən problemlər var. Birincisi, Xəzərin hüquqi statusunun həllini tapmaması “Trans-Xəzər” boru kəmərinin dəniz dibindən çəkilməsi məsələsini çətinləşdirir. Baxmayaraq ki, Türkmənistan bildirir ki, hər iki tərəf qərar qəbul etdiyi halda Xəzərin statusu layihənin həyata keçməsinə heç bir təsir göstərməyəcək, Bakı və Aşğabad həmçinin dəniz sərhədlərinin ikitərəfli qaydada razılaşdırılmasına da nail olmayıblar.

Digər problem Türkmənistanın siyasi iradəsinin olmamasıdır. Xəzərin statusu nə vaxt həll olacağı məlum deyil. Türkmənistan öz qazını Xəzərdən ixrac etmək niyyəti olacaqmı, bu da məlum deyil. Çünki bu ölkə hələlik qazın şərq istiqamətində, xüsusilə Çinə, ixrac edilməsini düşünür.

Nəticə aydındır. Avropa bu gün yalnız Azərbaycana ümid edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR