Gəncədə Cavad xan anılıb - FOTO - VİDEO

Gəncədə Cavad xan anılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 04 yanvar 2014 16:16 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Bu gün, yanvarın 4-də Gəncənin sonuncu hakimi, Ziyadoğlular nəslinin nümayəndəsi Cavad xanın rus qoşunlarına qarşı qeyri-bərabər döyüşdə həlak olmasından 210 il ötür. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu münasibətlə Gəncədə ənənəvi anım mərasimi keçirilib. Cavad xanın məqbərəsi önünə toplaşan şəhər sakinləri məzarına çiçəklər qoyaraq ona ehtiramlarını bildiriblər.

Cavad xanın məqbərəsi 2004-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

Qeyd edək ki, 1786-cı ildən 1804-cü ilə qədər Gəncəni idarə edən Cavad xan rus imperiyasının generalı Pavel Sisianovun ordusunun mühasirəsində bir aydan artıq qalaraq Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə oğulları Uğurlu və Hüseynqulu ilə birlikdə qəhrəmancasına şəhid olub. Gəncə işğal olunduqdan sonra şəhərin adı dəyişdirilərək rus çariçası Yelizavetanın şərəfinə Yelizavetpol adlandırılıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR