Heydər Əliyevin anım günü ilə əlaqədar “Xalqa bağışlanan ömür” adlı tədbir keçirib - VİDEO

Heydər Əliyevin anım günü ilə əlaqədar “Xalqa bağışlanan ömür” adlı tədbir keçirib - <span style="color: red;">VİDEO
# 11 dekabr 2013 13:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsində Heydər Əliyevin anım günü ilə əlaqədar “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, millət vəkilləri, kinoşünaslar, mətbuat orqanların, QHT rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən jurnalist Mahəddin Əsgər bildirib ki, Heydər Əliyev həmişə xalqın yaddaşında qalacaq: “Çünki xalq onu arxasınca aparan liderlərə borcludur. Heydər Əliyev həmişə əsl millət banisi kimi yaddaşlarda yaşayacaq”.

Kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə Heydər Əliyevin kino sahəsinin inkişafındakı xidmətlərindən danışıb: “Ulu öndər həmişə kino sənətçilərinə diqqət göstərib, kino xadimlərini qoruyub. Hələ sovet dönəmində ən ağrılı filmlərimizi ekrana buraxdırıb. Heydər Əliyev hakimiyyətə qayıdışından sonra da Azərbaycan kinosunun qayğısını çəkib”.

A.Kazımzadə Heydər Əliyevin kino sənətinin inkişafındakı xidmətlərindən bəhs edən yeni kitab yazdığını da qeyd edib.

Ombudsman Elmira Süleymanova isə qeyd edib ki, Azərbaycan tarixində müstəqil dövlətin yaranmasında Heydər Əliyevin misilsiz xidmətləri olub: “Dünyada böyük siyasi-xadim kimi tanınmış Heydər Əliyev Azərbaycan tarixində böyük izlər qoyub”.

Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, Heydər Əliyevin hər zaman Azərbaycan mədəniyyətinə, tarixinə, ziyalılarına böyük qiymət verib: “Heydər Əliyevin böyüklüyü onda idi ki, o tarixçi olaraq, Azərbaycan tarixini çox gözəl bilirdi. SSRİ dövründə yazıçılarımıza münasibətdə Heydər Əliyevin nüfuzu çox ciddi rol oynayırdı. İlk dəfə Bakıda Yazıçılar İttifaqının qurultayında Azərbaycan dilində danışan Heydər Əliyev olub. Bu, o dövr üçün əsl inqilab idi. Heydər Əliyev yeni nəslə daim diqqət göstərirdi. Hesab edirəm ki, o, Azərbaycan tarixinin ayrılmaz parçasıdır”.

Tədbirin digər iştirakçıları Heydər Əliyev haqqında xatirələrini bölüşərək, onun Azərbaycanın inkişafı istiqamətində gördüyü işlərdən danışıblar.

Daha sonra Bakı Şəhər Kino Xidməti İdarəsi tərəfindən hazırlanan Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı qısametrajlı film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR