Azərbaycan Mətbuat Şurası Milli Şuranın aksiyasında monitorinq aparıb

Azərbaycan Mətbuat Şurası Milli Şuranın aksiyasında monitorinq aparıb
# 27 oktyabr 2013 19:21 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Mətuat Şurası (MŞ) Milli Şuranın bu gün keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

MŞ-dan APA-ya daxil olan məlumata görə, aksiyanın gedişində prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərinə qarşı hər hansı maneçilik faktı qeydə alınmayıb: “ Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun üzvlərinə, həmçinin Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə də bununla bağlı hər hansı müraciət edilməyib”.

Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını da qeydə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR