Dünyada ərzaq məhsullarının qiyməti aşağı düşüb

Dünyada ərzaq məhsullarının qiyməti aşağı düşüb
# 09 avqust 2013 08:12 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İyul ayında dünyada ərzaq məhsullarının qiymətləri cari il ərzində ən aşağı səviyyədə olub. APA-nın xəbərinə görə, bu barədə BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) yaydığı məlumatda deyilir. Təşkilat bildirib ki, ərzaq məhsulların qiyməti artıq 3 aydır aşağı düşür. FAO bunu dolların məzənnəsindəki dəyişikliklər və taxılın bu il gözlənilən məhsuldarlığı ilə əlaqələndirir.

Mütəxəssislərin fikrincə, taxıl istehsalının rekord göstəriciləri dünya taxıl ehtiyatının artmasına və 2013-2014-cü il dövründə bazarların stabilləşməsinə imkan yaradacaq.

Qeyd edək ki, FAO dünya ərzaq indeksini 55 əsas qida məhsullarının qiymətlərini nəzərə alaraq müəyyənləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR