Kürdəmirdə ev yanıb

Kürdəmirdə ev yanıb
# 30 oktyabr 2013 01:34 (UTC +04:00)

Bakı-APA. Kürdəmirdə ötən gün yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Xırdapay kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağında ev əşyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR