İqtisadiyyat və Sənaye Nazirliyində sənayenin bir neçə istiqamətləri üzrə işçi qrupları yaradılıb

İqtisadiyyat və Sənaye Nazirliyində sənayenin bir neçə istiqamətləri üzrə işçi qrupları yaradılıb
# 09 may 2014 07:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Prezident İlham Əliyevin 2014-cü il 12 mart tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında sənaye müəssisələri ilə dialoqun gücləndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının və sənaye müəssisələrinin nümayəndələrinin iştirakı ilə sahə işçi qruplarının yaradılması İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb.

Qurumdan “APA-Economics”ə verilən məlumata görə, tapşırığın icrası ilə əlaqədar olaraq nazirlikdə aqrar sənaye, yüngül sənaye, ağac emalı və mebel istehsalı, kimya sənayesi və əczaçılıq məhsulları istehsalı, tikinti materialları istehsalı, metallurgiya sənayesi, maşın və avadanlıq istehsalı, kompüter və elektron avadanlıq istehsalı istiqamətləri üzrə işçi qrupları yaradılıb.

İşçi qrupları tərəfindən hər bir istiqamət üzrə sənayenin inkişafına dair təkliflər hazırlanacaq. Sənaye sahəsində fəaliyyət göstərən hüquqi və fizki şəxslər qeyd olunan sahələrin inkişafı ilə bağlı təkliflərini (qanunvericiliyin təkmilləşdirilməsi, istehsalın rəqabət qabiliyyətinin artırılması, müəssisələrin potensialının gücləndirilməsi və s.) nazirliyə təqdim edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR