İsmayıllı sakini iki qardaşı bıçaqlayıb

İsmayıllı sakini iki qardaşı bıçaqlayıb
# 12 may 2014 11:01 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov - APA. İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, İsmayıllı şəhər sakini, 1963-cü il təvəllüdlü Canəliyev Binyat Əsgər oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, 1986-cı il təvəllüdlü Salmanov Ruslan Nəriman oğlunu bıçaqlayıb. Qardaşına kömək üçün Binyət Canəliyevin əlindən bıçağı almaq istəyən 1989-cu il Salmanov Elnur Nəriman oğlu da onun hücumuna məruz qalıb və bir neçə bıçaq xəsarəti alıb. Qardaşlar bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Hadisəni tərədən əvvəllər məhkum olunmuş Binyət Canəliyev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR