İran XİN: İraqa hərbi yardım etməyə hazırıq

İran XİN: İraqa hərbi yardım etməyə hazırıq
# 01 iyul 2014 13:17 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. İran rəsmisi Tehranın İraqa hərbi yardım etməyə hazır olduğunu bildirib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahi Tehranın silah təchizatı ilə bağlı İraqdan hər hansı müraciət almadığını, lakin əgər bu baş verərsə, İranın buna hazır olduğunu bildirib.

"Hazırda Bizim İraq torpaqlarında ordumuz və ya silahlı qüvvələrimiz yoxdur və bu ölkəyə ordu göndərmək planımız da yoxdur”, - deyə İran rəsmisi mətbuat konfransında bildirib: "İraq bizə hərbi yardım almaqla bağlı müraciət etməyib. Ancaq əgər bu baş verərsə, beynəlxalq hüquq və qaydalar çərçivəsində və ikitərəfli razılaşmalar əsasında terrorla effektiv mübarizə aparmaq üçün İraq hərbi yardımla təmin olunacaq”.

ABŞ və İraqın sünni islamçı yaraqlılara qarşı birgə mübarizəsinə baxmayaraq, H.Ə.Abdullahi Vaşinqtonu İraqdakı son hadisələrin arxasında olmaqda ittiham edib: "İraqda nə baş verirsə, bütün bunlar xarici müdaxilənin, ABŞ-ın planının nəticəsidir. Amerikalılar İraqda ikinci Ukrayna yaratmaq istəyirlər. Biz isə İraqın bölünməsinin əleyhinəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR