Azərbaycanın gənclər və idman nazirinin müavini Rusiyanın gənclərdən ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycanın gənclər və idman nazirinin müavini Rusiyanın gənclərdən ibarət nümayəndə heyətini qəbul edib
# 25 iyul 2013 17:58 (UTC +04:00)

Bakı. Anaxanım Hidəyatova – APA. Bakıda Rusiyanın gənclərdən ibarət nümayəndə heyəti Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevlə görüşüb. APA-nın xəbərinə görə, görüşdə nazir müavini qonaqlara Azərbaycanda gənclərlə bağlı aparılan siyasət, bu sahədəki qanunvericilik bazasından və Gənclər Fondunun fəaliyyəti barədə danışıb. Azərbaycanda gənclərə dəstək məsələsinə toxunan İntiqam Babayev deyib ki, son 10 il ərzində - gənclər sahəsinin maliyyələşməsi 100 dəfə artıb. «Əgər 2003-cü ildə 240 min manat ayrılmışdırsa, 2013-cü ildə bu məbləğ 24,5 milyon manat təşkil edib”, deyə o bildirərək, Azərbaycanda 240 gənclər təşkilatının fəaliyyət göstərdiyini qeyd edib.

Qeyd edək ki, Rusiyanın gənclərdən ibarət nümayəndə heyəti artıq 7 ildir Azərbaycana səfər edir. İyulun 27-dək Bakıda səfərdə olacaq Rusiya nümayəndə heyətinə dövlət qulluqçuları, uşaq və gənclər təşkilatlarının Milli şurasının İdarə heyətinin üzvləri, Gənclər İctimai Palatasının nümayəndələri və tələbələri daxildir.

Səfər Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın dəvəti ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR