Pakistanda taliblər 300 məhbusu azad ediblər

Pakistanda taliblər 300 məhbusu azad ediblər
# 30 iyul 2013 04:49 (UTC +04:00)

Bakı-APA. «Təhrik Taliban-i-Pakistan» hərəkatının üzvləri Pakistanın şimal-qərbindəki Dera-İsmayıl-Xan şəhərində həbsxanaya hücum edərək 300-dək məhbusu azad ediblər.

Əvvəlcə silahlılar həbsxananın elektrik enerjisini kəsiblər. Sonra həbsxana hasarı boyunca 15 partlayış həyata keçiriblər, və nəhayət mühafizəni qumbaraatan və pulemyotlardan atəşə tutublar.

Həbsxanadan azad edilənlərin arasında 40-dək terrorçu var.

Hücum nəticəsində 4 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR