Azərbaycanda sement istehsalçısının alıcıları aldatdığı müəyyən edilib

Azərbaycanda sement istehsalçısının alıcıları aldatdığı müəyyən edilib
# 24 yanvar 2014 10:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda sement istehsal edən şirkətin alıcılarını aldatdığı müəyyən edilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində fəaliyyət göstərən «Qaradağ AND» MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan 400 markalı sementin istehsal edildiyi müəyyən olunub.

Belə ki, yoxlama zamanı bu sementin etiketində xalis çəkinin 40 kq ± 2% göstərildiyi halda, faktiki çəkisinin etiket göstəricisindən 2,9 kq az olduğu aşkar edilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən «Qaradağ AND» MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR