İrandan Azərbaycana 10 kq-a yaxın narkotik gətirilməsinin qarşısı alınıb - FOTO

İrandan Azərbaycana 10 kq-a yaxın narkotik gətirilməsinin qarşısı alınıb - <span style="color: red;">FOTO
# 02 may 2014 12:33 (UTC +04:00)

Bakı – APA. Gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, narkotik vasitələrin gömrük nəzarətindən kənar yolla Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək ölkəmizə gətirilməsi və realizə ediləcəyi barədə daxil olmuş məlumata əsasən Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı-Astara magistral yolunun Lənkəran şəhərinə giriş qapısının yaxınlığındakı “Samovarın Yanı” adlanan ərazidə Lənkəran rayonu Göyşaban kənd sakini İbayev Məhərrəm Satulla oğlunun həmkəndlisi Rəhmanov Şöhrət Bəfa oğlu ilə birlikdə gətirdiyi kisədən 9 kiloqram 800 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülüb.

Həmin fakt üzrə DGK İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb. Lənkəran rayonu Göyşaban kənd sakini İbayev Məhərrəm Satulla oğlu şübhəli şəxs qismində tutulub və ona ittiham elan edilərək barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR