“Neftçi” Çempionlar Liqasında növbəti mövsümə evdə heç-heçə ilə başlayıb

“Neftçi” Çempionlar Liqasında növbəti mövsümə evdə heç-heçə ilə başlayıb
# 18 iyul 2013 07:28 (UTC +04:00)

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlara yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycanın turnirdə yeganə təmsilçisi “Neftçi” növbəti mövsümə qələbə ilə başlaya bilməyib.

Belə ki, komandamızın Albaniyanın “Skenderbeu” klubu ilə ev oyununda şansları yüksək qiymətləndirilsə də, matç qolsuz heç-heçə ilə bitib. Bununla da cütün taleyinə iyulun 23-də Albaniyada keçiriləcək cavab oyununda aydınlıq gələcək.



18 iyul

“Neftçi” (Azərbaycan) – “Skenderbeu” (Albaniya) – 0:0

“Şirak” (Ermənistan) – “Partizan” (Serbiya) - 1:1
Qollar: Hakobyan, 48 - Volkov, 90+3

HİK (Finlandiya) – “Nomme Kalyu” (Estoniya) - 0:0

“Sliqo Rovers” (İrlandiya) – “Molde” (Norveç) - 0:1
Qol: Çima, 42

“Elfsborq” (İsveç) – “Dauqava” (Latviya) - 7:1
Qollar: Rohden, 20; 62, Nilsson, 61, Banqura, 68, Klaesson, 89, Holmen, 90+2, Sololov, 48-avtoqol - İzuka, 78

TNS (Uels) – “Legiya” (Polşa) - 1:3
Qollar: Frauqan, 12 - Kuçarsyk, 47, Saqanovski, 57, Koseçki, 74

“Slovan” (Slovakiya) – “Ludoqorets” (Bolqarıstan) - 2:1
Qollar: Halenar, 87; 90+3-pen - Mantyla, 65

“Qyor” (Macarıstan) – “Makkabi” (Təl-Əviv, İsrail) - 0:2
Qollar: Yitsaki, 76, Alberman, 90+4

“Kliftovill” (Şimali İrlandiya) – “Seltik” (Şotlandiya) - 0:3
Qollar: Lustiq, 25, Samaras, 31, Forrest, 85

Qeyd edək ki, II təsnifat mərhələsinin cavab matçları iyulun 23-də və 24-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR