Əfqanıstanda avtobusun aşması nəticəsində 4 nəfər ölüb, 40-dan çox adam yaralanıb

 Əfqanıstanda avtobusun aşması nəticəsində 4 nəfər ölüb, 40-dan çox adam yaralanıb
# 08 yanvar 2014 12:35 (UTC +04:00)

Bakı – APA. Əfqanıstanda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 40-dan çox adam yaralanıb.

APA-nın “Sinhua” agentliyinə istinadən verdiyi məlumata görə, qəza yerli vaxtla saat 04.00-da Vardak əyalətində baş verib.

“Avtobus Kabildən Qəndəhar əyalətinə gedirmiş. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb. Dörd nəfər ölüb, 41 nəfər yaralanıb”, - deyə yerli hakimiyyət nümayəndələri bildirib.

Qəza nəticəsində yaralananlar xəstəxanalara çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR