Ukrayna MDB dövlət başçılarının sammitini oktyabrda keçirmək istəyir

Ukrayna MDB dövlət başçılarının sammitini oktyabrda keçirmək istəyir
# 21 yanvar 2014 10:16 (UTC +04:00)

Bakı - APA. Ukrayna MDB dövlət başçılarının sammitini oktyabr ayında keçirmək istəyir.

APA – nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın MDB-dəki nümayəndəsi İvan Buçenko jurnalistlərə açıqlamasında deyib.

Buçenko bildirib ki, oktyabr ölkəsi üçün əlamətdar aydır. Belə ki, həmin ay ölkədə Ukraynanın alman faşistlərinin işğalından azad olunmasının 70 illiyi qəyd olunacaq.

Diplomat MDB dövlət başçılarının məhz həmin vaxt Kiyevdə olmalarını istədiklərini bildirib.

Ukrayna nümayəndəsi həmçinin onu bildirib ki, 2014-cü ildə Kiyevdə MDB hökumət başçıları və XİN rəhbərlərinin görüşlərinin, habelə iqtisadi sammitin keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR