Azərbaycanda subay gənclərə də ipoteka veriləcək - FOTO

Azərbaycanda subay gənclərə də ipoteka veriləcək - <span style="color: red;">FOTO
# 14 may 2013 11:50 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev sosial ipotekanın verilməsi ilə bağlı ediləcək dəyişikliklərin meyarları haqqında da məlumat verib.

O bildirib ki, sənədin təkmilləşdirilməsi işi ilə İpoteka Fondu məşğul olsa da, Gənclər və İdman Nazirliyi bu prosesin sosial tərəfi ilə məşğuldur: “Bizim verdiyimiz təkliflər içərisində bir sıra yeniliklər var ki, bunlar da gənclərin mənzil probleminin həllinə kömək edəcək. Məsələn, indiyə qədər güzəştli ipoteka yalnız gənc ailələrə şamil olunurdusa, yeni təklifdə bu prosesin gənclərə də şamil olunması qeyd olunub. Məqsədimiz odur ki, 29 yaşa qədər olan gənclərimiz, hətta subay olsalar belə, ipotekadan istifadə edə bilsinlər. Eyni zamanda kateqoriyaların artırılması da təkliflər arasındadır. Bu günə qədər verilmə prosesində beş kateqoriya nəzərdə tutulurdusa, yeni təkliflər paketində müxtəlif beynəlxalq olimpiadalarda, elmi müsabiqələrdə qalib gəlmiş, ölkə daxili və xarici tədbirlərdə fərqlənən gənclərimizə də sosial ipoteka şamil oluna bilər. Hazırda gənc alimlərə də ipotekanın verilməsi müddəası var. Lakin istəyirik ki, elmi müəssisələrin əməkdaşlarına da sosial ipoteka tətbiq edilsin”.

İ.Babayev bildirib ki, yaxın aylar ərzində yeni sənədlərin qəbulu gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR