Müdafiə nazirinin sabiq müavini Bakı şəhər Veteranlar Şurasının sədri seçilib - FOTO

Müdafiə nazirinin sabiq müavini Bakı şəhər Veteranlar Şurasının sədri seçilib - <span style="color: red;">FOTO
# 17 dekabr 2013 15:24 (UTC +04:00)

Bu barədə APA-ya Şuranın üzvü Əzizağa Qənizadə məlumat verib.

Onun sözlərinə görə, seçkilər nəticəsində ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov Şuranın sədri, ehtiyatda olan polkovnik İsa Qasımov isə Şuranın məsul katibi seçilib.

Qeyd edək ki, ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov 1993-cü ildə müdafiə nazirinin cəbhə istiqaməti üzrə müavini olub. Atəşkəsdən sonra isə Silahlı Qüvvələrin təhsil müəssisələrində müxtəlif vəzifələrdə, o cümlədən Silahlı Qüvvələr Hərbi Akademiyasında kafedra rəisi vəzifəsində çalışıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR