Gələn həftə İran xarici işlər nazirinin müavini Azərbaycana gələcək

Gələn həftə İran xarici işlər nazirinin müavini Azərbaycana gələcək
# 05 mart 2014 11:07 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpur Azərbaycana səfər edəcək.

Bu barədə APA-ya məlumat verən İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib ki, nazir müavini martın 12-14-də Bakıya gələcək və burada ölkəmizin rəsmi şəxsləri ilə görüşəcək.

Martın 15-16-da isə İ.Rəhimpur Naxçıvana yola düşəcək və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək.

Səfir əlavə edib ki, görüşlər zamanı iki ölkə arasında mövcud olan əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR