İran səfiri: “Terrorçuluq böyük güclərin himayəsi olmadan inkişaf edə bilməz” - FOTO - VİDEO

İran səfiri: “Terrorçuluq böyük güclərin himayəsi olmadan inkişaf edə bilməz” - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 27 noyabr 2013 09:05 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İranın Azərbaycandakı səfirliyində noyabrın 19-da Livanın paytaxtı Beyrutda İran səfirliyinə qarşı törədilən terror aktının qurbanların anılıb. APA-nın məlumatına görə, bununla əlaqədar səfirlikdə “xatirə kitabı” açılıb. Ürək sözlərini yazmaq istəyən hər kəs bu gün saat 17:00-dək səfirliyə gedə bilər.

Tədbirdə çıxış edən İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib ki, ötən həftə törədilən terror hadisəsi nəticəsində İranın Livandakı səfirliyinin mədəniyyət müşaviri İbrahim Ənsari də həlak olub: “Bir çox səfirliklər, o cümlədən Azərbaycan tərəfi bizim dərdimizlə şərik çıxıblar. Belə bir tədbirin keçirilməsinin daha bir məqsədi ondan ibarət idi ki, dünya ictimaiyyəti terrorun acı nəticələrini görsün. Biz elə düşünürük ki, terrorizm böyük güclərin himayəsi olmadan inkişaf edə bilməz. Terrorçu qruplar güclü dövlətlərin dəstəyi ilə həmin dövlətlərin niyyətlərinin yerinə yetirilməsinə çalışır. Bu gün biz bu terrorçuluğun acı nümunəsini Suriyada görə bilərik”.

Ermənistanın Azərbaycana qarşı törətdiyi terrora toxunan səfir qeyd edib ki, İran istənilən dövlət, təşkilat, şəxs tərəfindən törədilən terror aktlarını pisləyir. Onun sözlərinə görə, dövlətlər müzakirə və sülh yolu ilə öz problemlərini həll etməlidirlər: “Biz Xocalı hadisəsi ilə əlaqədar həmişə Azərbaycan xalqının dərdinə şərik olmuşuq”.

Qeyd edək ki, İranın Livandakı səfirliyinə qarşı terror aktı nəticəsində təxminən 25 nəfər həlak olub, 150 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR