Azərbaycanda ipoteka kreditləri üzrə orta aylıq ödəniş 319 manatdır

Azərbaycanda ipoteka kreditləri üzrə orta aylıq ödəniş 319 manatdır
# 14 may 2013 12:31 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin orta məbləği 38 749 manat təşkil edir. «APA-Economics»in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bir il əvvəl ilə müqayisədə ipoteka kreditlərinin orta məbləği 1,1% azalıb.

İpoteka kreditləri orta hesabla 278 aylığa, illik 6,99%-lə verilir. Bir il əvvələ nisbətən ipoteka kreditlərinin orta illik faiz dərəcəsi də aşağı düşüb - bir il əvvəl kreditlər illik 7,21%-lə verilirdi.

Hazırda ipoteka kreditləri üzrə aylıq ödənişin orta məbləği 319 manat təşkil edir. Bu isə bir il əvvəl ilə (308,5 manat) müqayisədə 3,4% artıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR