Azərbaycan çempionu avrokuboklarda 25-ci qələbəsini qazanıb

Azərbaycan çempionu avrokuboklarda 25-ci qələbəsini qazanıb
# 22 noyabr 2013 11:40 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə UEFA kubokunun elit-raundunun ilk turu Azərbaycan çempionu “Araz” üçün əlamətdar hadisə ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi Hollandiyanın “Eyndhoven” klubunu 6:3 hesabı ilə məğlub etməklə, avrokuboklarda 25-ci qələbəsini qazanıb.

Yubiley zəfərinədək 44 oyunda 24 qələbəsi olan çempionumuzun hesabında 8 heç-heçə və 12 məğlubiyyət də var. 25-ci qələbə ilə qol sayını 173-ə, buraxılan topların cəmini 114-ə çatdıran komandamız Avropa səhnəsində 2005-ci ildə debüt edib.

İlk qələbəsini 8 il əvvəl, oktyabrın 20-də Hollandiyanın digər klubu “De Hommel” üzərində qazanan (3:0) naxçıvanlılar 25-ə də “zanbaqlar ölkəsi” təmsilçisi ilə matçda çatdı.

“Araz” buna 5 baş məşqçi ilə nail olub. İlk qələbənin memarı Hacıbala Abdullayevdən sonra, Arkadi Belıy 3, Məmmədqulu Zeynalov 1, Böyükağa Hacıyev 5 dəfə komandasının udmasına şahid olmuşdusa, Joze Alesio artıq özü üçün də yubiley – 15-ci zəfərə sevindi.

Oyunda vurulan 4-cü qol həm də braziliyalı baş məşqçimin rəhbərliyi altında avrokuboklara təsadüf edən 100-cü qol oldu. Bu topun müəllifi isə komandanın ən təcrübəlilərindən olan Biro Jade vurub. Ümumiyyətlə isə braziliyalı mütəxəssisin rəhbərliyi altındakı 27 oyunda 102 qol vurub, 66 top buraxan “Araz” 15 qələbə, 6 heç-heçəyə nail olub və 6 məğlubiyyət yaşayıb.

Cari mövsüm 3-cü avrokubok qələbəsinə sevinən Naxçıvan təmsilçisi əvvəlki 8 yarışın heç birini qalibiyyətsiz tərk etməyib: 2008/09, 2009/10 – hərəsində 5, 2010/11 – 4, 2006/07 – 3, 2012/13 – 2, 2005/06, 2007/08, 2011/12 - hərəsində 1.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR