Gəncədə liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

Gəncədə liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib
# 14 yanvar 2014 23:34 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında Gəncə şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 2-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə liftin qapılarını açıb və zərərçəkmişin oradan çıxmasına şərait yaradıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR