Azərbaycanın nəqliyyat naziri Şabranda vətəndaşları qəbul edəcək

Azərbaycanın nəqliyyat naziri Şabranda vətəndaşları qəbul edəcək
# 15 yanvar 2014 16:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Şabranda vətəndaşları qəbul edəcək.

Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə Z.Məmmədov yanvarın 24-də Şabran rayonunda Şabran, Siyəzən və Xaçmaz rayonlarında yaşayan vətəndaşlarla görüşəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı yanvarın 22-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq Şabran “87 saylı Yol İstismarı” MMC (Şabran şəhəri, Bakı-Quba avtomobil yolunun 124-cü km), Siyəzən “4 saylı Yol İstismarı İdarəsi” (Siyəzən şəhəri, H.Əliyev küçəsi-153) və Xaçmaz “5 saylı Yol İstismarı İdarəsi” (Xaçmaz rayonu, Müşfiq qəsəbəsi) ünvanlarda aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR