Sabah Azərbaycan ərazisində hava yağmursuz keçəcək

Sabah Azərbaycan ərazisində hava yağmursuz keçəcək
# 18 oktyabr 2013 10:19 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, səhər bəzi yerlərdə duman müşahidə olunacaq, gecəyə doğru hava dəyişiləcək. Günün ikinci yarısında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-16, günün birinci yarısında 23-28, axşama doğru 19-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 19-da hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman və çiskin müşahidə olunacaq. Axşam qərb rayonlarından başlayaraq yağış yağacağı, gecə dağlıq ərazilərdə sulu qara və qara keçəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR